Bərdədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. İki ayağından əlil olan 47 yaşlı Əliyarov Şahin Qürbət oğlu yolu keçmək istəyərkən Rusiya vətəndaşı 63 yaşlı Pənahov Sergey Pənah oglunun idarə etdiyi “KaMAZ” markalı yük maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri almış piyada ətrafdakı insanların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduqu bildirilir.

Qeyd edək ki, Pənahov Sergey Pənah oğlu AzTV-nin əməkdaşıdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

1af0b744-b995-4a5e-b12f-cb6718d9a527 70b2101f-5cd5-44d1-b03c-d89601a186c1