10.05.2017 tarixində Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi gecə saat 02:00-dək fəaliyyət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, buna səbəb Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etməkdir.  Artıq bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xəttlərinin müvvəqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Məlumat üçün onu da qeyd edək ki, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bkı Atıcılıq Mərkəzinə qədər uzadılıb. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar burada keçiriləcək yarışlarda iştirak edəcək tamaşaçıların, könüllülərin və işçı qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişini təmin etməkdir.