Mayın 7-də Fransada keçirilən prezident seçkilərin Emmanuel Makronun qalibiyyəti rəsmən təqdiq edilib.

“Ölkə.Az” xəbər verir ki, yeni prezident təsdiqindən sonra Fransada həftəlik tirajlanan “Charlie Hebdo” qəzeti bu barədə kalikatura dərc edib. Qəzet Emmanuel Makronu dərc etdiyi kalikatura ilə biabır edib.

Şəkildə yeni prezident özündən 24 yaş böyük arvadı ilə əks olunub. Qadını hamilə formada çəkiblər. Kalikaturada Emmanuel Makronu belə deyir: “İnanıram ki, möcüzə baş verəcək”.

Qeyd edək ki, Emmanuel Makronun həyat yoldaşı 64 yaşlı Brijit onun “Fransız dili” müəlliməsi olub. Qadın prezidentdən 24 yaş böyükdür.

Xatırladaq ki, Emmanuel Makronu seçicilərin 66,1 faizi, rəqibi, “Milli cəbhə” partiyasının lideri Marin Le Peni isə 33,9 faizi dəstəkləyib.