Hindistanda keçirilən toy mərasimi faciəyə çevrilib.

“Ölkə.Az” xəbər verir ki, binanın uçması 23 nəfərin ölümü ilə nəticələnib.

İnsident Hindistanın Racasthan ştatında baş verib. Toy gəzintisi zamanı divarın uçması 23 nəfərin ölümünə, 28 nəfərin yaralanmasına səbəb olub. Ölənlərdən dörd nəfəri azyaşlı uşaqdır. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında onlarla adam qalıb.

Polisin ilkin versiyasına görə binanın uçmasına səbəb toz burulğanı olub.