Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ölkəyə xarici vətəndaşların axını başlayıb. Qeyd edək ki, Bakının təkcə 57 ölkəni təmsil edən 3 mindən çox idmançıya, eləcə də izləyici və yüz minlərlə turistə ev sahibliyi etməsi gözlənilir. Nəzərə alsaq ki, illərdir ölkədə turizm məhsulunun qiymətinin baha olması və hətta bunun beynəlxalq yarışları izləmək üçün gələnlərin seçiminə təsir etdiyi irəli sürülür, turistlərin istifadə etdikləri əsas xidmətlərin qiymətləri və keyfiyyətləri ilə maraqlandıq. Aşağıdakı mənzərə alındı.

Hotellərin qiymətləri

Başlayaq hotellərin qiymətlərindən. Qeyd edək ki, Azərbaycanda böyük hotel şəbəkəsi fəaliyyət göstərir. Bunlar içərisində 5,4,3 ulduzlu otellər daha çoxdur. Hotellərdə 1 günlük gecələməyin qiymətləri aşağıdakı kimidir:

“Qafqaz Baku City Hotel & Residences” (ünvan:Nəsimi rayonu Tbilisi pr. 34)

1 nəfərlik standart otaq  -123 manat

2 nəfərlik standart otaq – 156 manat

Səhər yeməyi, fitnes zalından istifadə otağın qiymətinə daxildir.

“12 Inn Bulvar” (ünvan:Bakı, Üzeyir Hacıbəyov, 27)

1 nəfərlik standart otaq  -130 manat

2 nəfərlik standart otaq – 150 manat

2 nəfərlik lüks otaq – 250 manat

Qiymətə, sadəcə, səhər yeməyi və internetdən istifadə daxildir. Bu arada resepşından öyrəndik ki, qiymətlər IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bir qədər bahalaşıb.

“ABU Arena” (ünvan:Koroğlu Rəhimov küç, 15)

1 nəfərlik standart otaq – 60 manat

2 nəfərlik standart otaq  -90 manat

Otağın qiymətinə, sadəcə, səhər yeməyi daxildir .

“Absheron Hotel Group” (ünvan: Azadlıq Meydanı, məhəllə 674)

Dəniz ponaraması olan 1 nəfərlik standart  otaq (səhər yeməyi olmadan ƏDV daxil) – 602,90 manat

Dəniz ponaraması olan 1 nəfərlik standart  otaq  (səhər yeməyi və ƏDV daxil)- 641,84 manat

Hotelin qiymət paketi qonağın qalacağı gecələrin sayına görə dəyişə də bilər.

“Baku Palace Ascot Inn Hotel” (ünvan: İçəri Şəhər, İslam Səfərli küç. 15)

1 nəfərlik  standart otaq – 50 manat

2 nəfərlik standart otaq  – 70 manat

Hoteldə restoran xidməti yoxdur.

“Excelsior Hotel & Spa BAKU”(ünvan: H. Əliyev pr. 2)

1 nəfərlik  standart otaq – 160 manat

2 nəfərlik standart otaq – 185 manat

Hoteldə qiymətlər qonağın qalacağı gecələrin sayına görə dəyişir. Pulsuz xidmətə isə ancaq səhər yeməyi daxildir.

“Grand Hotel Europe” (ünvan:Tbilisi pr. 1025/30)

1 nəfərlik  standart otaq – 130 manat

2 nəfərlik standart otaq  – 130 manat

Otağın qiymətinə səhər yeməyi, hovuz, SPA, fitnes daxildir.

“Hyatt Regency Bakı” (ünvan: Bakıxanov küç. 1)

1 nəfərlik standardan yuxarı  otaq – 343 manat

2 nəfərlik standartdan yuxarı otaq – 366 manat

Onu da qeyd edək ki, hoteldə standart otaqlar artıq tutulub. Qiymət qonağın qalacağı gecələrin sayına görə dəyişə də bilər. Otağın qiymətinə isə səhər yeməyi, hovuz, fitnes daxildir.

“Hilton Baku” (ünvan: Azadlıq prospekti, Bakı AZ 1000)

1 nəfərlik standart otaq (səhər yeməyi olmadan, ƏDV daxil) – 384,80 manat

1 nəfərlik standart otaq (səhər yeməyi və ƏDV daxil) – 422,56 manat

2 nəfərlik standart otaq (səhər yeməyi olmadan, ƏDV daxil) – 386,10 manat

2 nəfərlik standart otaq (səhər yeməyi və ƏDV daxil) – 456,90 manat

“Four Seasons Hotel Baku”

1 və 2 nəfərlik standart otaq (səhər yeməyi olmadan) -760 manat

1 və 2 nəfərlik standart otaq (səhər yeməyi daxil)- 825 manat

Hostellərin qimətləri

Hoteldə gecələməyə az pul xərcləyib daha çox gəzmək istəyən turistlərin yerləşdikləri hostellərin qiymətləri isə belədir:

“Hostel Land of Fire” – 17 manat

“Baku Old City Hostel” – 18 manat

“Caspian Hostel” – 16 manat

“Sport Hostel Baku” – 8 manat

“Guest House İnn and Hostel” – 12 manat

“Baku Hostel On Gesr” – 17 manat

“Calipso Hostel”- 14 manat

Onu da qeyd edək ki, sözügedən hostellərdə otaqlar 4-10 nəfərlikdir. Pulsuz xidmətlərə avtomobil dayanacağı, internet, fen, ütü, televizordan istifadə imkanları daxildir.

Günlük evlər

Xüsusilə İran, Ukrayna və Türkiyə vətəndaşları günlük evlər kirayələməyə üstünlük verirlər. Ərazidən və evin vəziyyətindən asılı olaraq qiymətlər 20-120 manat arasında dəyişir. Mənzillər ev sahiblərinin özləri, eləcə də relitorlar tərəfindən kirayə verilir. Birinci halda təklif edilən evlərin günlük qiymətləri bir qədər ucuz olur. www.airbnb.com saytında belə elanlarda Bakıda günlük ev kirayəsi ərazidən asılı olaraq 11-30 dollar arasından dəyişir. Mənzildə təmiz “postel”, qab-qacaq, kabel televiziyas, paltaryuyan maşın, eləcə də internet olur.

İkinci halda isə daşınmaz əmlak alqı-satqısı ofislərində relitorlar evləri 40-120 manata təklif  edirlər. Mənzildə yenə də təmiz “postel”dən, qab-qacaqdan, kabel televiziyasından, paltaryuyan maşından, internetdən istifadə şəraiti olur.

Taksi şirkətlərinin tarifləri

Turistlər bir yerdən başqasına getmək üçün nəqliyyat  vasitəsi kimi daha çox taksilərdən istifadə edirlər. Bildirək ki, hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur. Şirkətlərin təklif etdikləri tariflər aşağıdakı kimidir:

City Taxı

Minimal sifariş məbləği (3 km-ə qədər) – 3 azn
3 -6 km – 0.6 azn
6 -15 km – 0.5 azn
15-50 km – 0.4 azn
50-100 000 km – 0.3 azn
Müştərini gözləmə (ilk 10 dəqiqə pulsuz) hər dəqiqəyə görə – 0.05 azn
Sifarişdən imtina – 2 azn

189 Taxı

Super Ekonom

Minimal gediş haqqı -1,89 azn

5 km – 3,5 azn

10 km -6 manat

Ekonom

Minimal gediş haqqı – 3 manat

5 km – 4,4 manat

10 km – 7 manat

Komfort

Minimal gediş haqqı – 3,3 manat

5 km – 4,8 manat

10 km –  7,7 manat

Ok Taxı

Koporativ taksi – 0,35 azn/km

London Taxı

Taksiyə əyləşərkən – 1 azn

0-10 km – 0,7 AZN

10-20 km – 0,4 AZN

20 və yuxarı km – 0,2 AZN

Uber TAXI

1 km -0,40 AZN

Dost Taxı

3 km-dək 3 azn

4km – 3,60azn

5km – 4,20azn

6km – 4,80 azn

6-30km – 0,50azn

30-120km – 0,40azn

120km – 0,30azn

Salam Taxı

3 km – Ekonom 1.80 azn, Biznes 2.60 azn

3-12 km üçün hər 1km   – Ekonom 0.40 azn, Biznes 0.50 azn

12-70 km üçün hər 1 km -Ekonom 0.30 azn, Biznes  0.40 azn

70 km-dən yuxarı hər 1 km- Ekonom 0.16 azn, Biznes 0.22 azn

Hava limanına gediş haqqı (Mərkəzdən) – Ekonom 7.60 azn, Biznes 11.60 azn

Hava limanına gediş haqqı (Badamdar, Yeni Yasamal) – Ekonom – 8.60 azn, Biznes  12.60 azn

Hava limanına gediş haqqı (Koroğlu metrosunun ətrafı) – Ekonom -6.60 azn,  Biznes 8.60 azn

Gözləmə müddəti 1dəq. (15 dəqiqə pulsuzdur)  – 0.04 azn

O ki qaldı şirkətlərin tıxac zamanı tariflərinə, pik saatları 17:00 – 20:00 arası müəyyən edilib. Bəzi şirkətlərdə bu saatlarda tariflər dəyişir. Belə ki, pik saatlarında taksidə gediş haqqı hər kilometrə təqribən 5 qəpik bahalaşır.

Taksi xidmətlərinin qiymətlərini  konkret məsafə – “20 Yanvar” və “İçərişəhər” metro stansiyaları üzrə öyrənməyə çalışdıq. Və bu nəticə alındı:

City Taxı – 4,09 azn

Taxı24 – 4 azn

189 – (Econom) 3,86 azn

Salam Taksi – 2,51 azn

Taxı*9111– 3 azn

OK Taxı – 4,45 azn

Felix Taxı – 3,76 azn

Uber -4 azn

Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.

Qida vacib şərtdir

Restoranların qiymətləri də zövqə görə dəyişir. Yəni qiymətlər restoranın səviyyəsindən, harada yerləşməsindən, menyudan asılı olur. Məsələn, məşhur restoranlarda səhər yeməyinin menyusu 15-20 manat təşkil edir. Nahar qiymətləri də seçimdən asılıdır. Lakin bəzi kafelər “Biznes lanç”lar da təklif edir. Hansı ki burada qiymətlər 6-15 manatdır.

Turist yarmarkaları və suvenirlər

Hər bir turist səfər etdiyi ölkədən xatirə qalmasını istəyir. Bunun üçün İçərişəhərdə turistlər üçün ölkəmizin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini əks etdirən yarmarka təşkil edilib. Yarmarkada olub qiymətlərlə maraqlandıq. Diqqətimizi çəkən illərdir Azərbaycanın  beynəlxalq yarışlara ev sahibliyi etməsinə baxmayaraq, hələ də milli suvenir çeşidlərinin azlığı oldu. Bunu nəzərə alan satıcılar qonşularımızın da mədəni, tarixi irsindən, mətbəxindən bəzi əlavələr ediblər. Məsələn, turistlərə araxçın, çarıxla bərabər “matroşkalar” da təklif edilir. Mətbəx nümunələri arasında isə kəstanəyə rast gəlmək olar. Doğrusu, yerli “kəstanəçilərimiz”in şabalıdı qovurmaqda bacarıqlı olduqlarını söyləsək, yalan olar. Şabalıdlar yaxşı qovurulmadığından yarı çiy, yarı yanmış vəziyyətdə satılır.

Yarmarkada qiymətlər isə aşağıdakı kimidir:

“Matryoşka” – 40 manat

Üzərində buta naxışı olan, ipək şallar – 15-20 manat

Sadə araxçın -3, bəzəkli araxçın 6 manat

Çoban papağı – Motal papağı 50 manat

Çarıx – 10 manat

Kəstanə – 4 ədədi 2 manat

Göy qutabı – 0,40 manat

Toxuma corablar – 5 manat

Toxuma çantalar – 10-20 manat

Xalçadan hazılanan çantalar –  50 manat