Almaniya kansleri Angela Merkel mayın 15-i Berlində Fransanın yeni seçilən prezidenti Emmanuel Makronla görüşəcək.

AzVision.azRİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Federal kansler bazar ertəsi Fransa prezidenti Emanuel Makronla görüşcək”,- deyə Zaybert vurğulayıb.

Alman rəsmi eyni zamanda Fransa liderinin səfər proqramını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, mayın 6-ı Fransada keçirilən prezident seçkisinin yekun mərhələsində Emannuel Makron Le Penə qalib gəlib. Makron seçicilərin 66%, Le Pen isə 34% səsini toplaya bilib. 39 yaşlı Makron Fransanın tarixində ən gənc prezident kimi ilkə imza atıb.