Bakıda 30 yaşlı şəxs bıçaqlanıb bıçaqlanma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Nəsimi küçəsində 30 yaşlı Elçin Hüseyn oğlu Əliyev tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə əlbayaxa davaya çevirilib.  Dava zamanı Elçin Əliyevə 2 bıçaq xəsarəti yetirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb,  araşdırmalar aparılır.