Çində Xenan əyalətinin Sian şəhərindən olan Lyu Elin ilk dəfə 1985 ci ildə 17 yaşında işləyib. O, son 30 ildə kitabxanaçı pensiyadadır, lakin qocalmır.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, hamar dəri, yüngül zaqar və bir dənə də olsun qırış yoxdur. Ən azından onları görmək mümkün deyil. Bu çinli belə cavan xarici görünüşü ilə dünyada milyonlarla insanı heyran edib.

“Ətrafda hər kəs mənim 50 yaşım olduğunu biləndə təəccüb içərisində olur. Oğlumla gəzinti zamanı məni onun sevgilisi ilə səhv salırlar. Mənim yaşım məlum olanda – onlar məni dövrəyə alıb, sirrini bilmək istəyirlər”.

Lyu öz şuarını deyir – “siz əgər kobud görünürsünüzsə, deməli kifayət qədər tərləməmisiniz”. O, özünü 15 yaşında hiss etdiyini bildirib.

Ye Wen kimi məhşur olan Lyu Elin 1968-ci ildə Xenan əyalətinin Sian şəhərində anadan olub.

Pensioner qadın kosmetikadan istifadə etmir. Lyu həmçinin 30 ildir ki, fitnes və istənilən vaxtda soyuq göldə üzgüçülüklə məşğul olur.

cinli-azeuro-1 cinli-azeuro-2 cinli-azeuro-3