Almaniyada Bavariya federal torpağında yerləşən Eltmann şəhərində zavodda baş verən partlayış zamanı 5 nəfər ciddi yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə avtomobil hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən “Schaeffler KG” şirkətinin zavodunda baş verib.

Təqribən 200 nəfər təxliyyə edilib.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Olayın detalları araşdırılır.