Fransanın yeni prezidenti Emamanel Makron siyasət səhnəsində yüksəlişə qalxdığından bu yana özündən 24 yaş böyük olan müəllimi ilə evli olduğu üçün özəl həyatı ilə tez-tez gündəmə gəlir.

Fransa prezidenti və xanımı bu dəfə də təəcübləndirib. Qatıldığı tədbirə 450 avroya aldığı kostyumu geyinən Makron, həyat yoldaşının geyimi ilə bağlı da jurnalistlərə açıqlama verib. O bildirib ki,  birinci xanım Brigitte Trogneuxin yeni geyim almaqla arası yoxdur.

“Hazırda onun üzərində gördüyünüz geyim kirayədir. Həyat yoldaşımın geyim almaqla arası yoxdur. Aldıqları geyimlər də ucuzdur” deyə Makron bildirib.

18527157_1744212415594895_8836062927264549986_o