Venesuelada hüquq-mühafizə orqanları ilə hökumətə qarşı aksiya iştirakçıları arasında qarşıdurma nəticəsində azı 7 nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata, bu haqda El Nacional qəzeti xəbər verib.

Bir neçə nümayişçi saxlanılıb. Məlumata görə, polis “səbəb olmadan” nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.