Azərbaycan nümayəndə heyəti Litvada  səfərdədir. Numayəndə heyətinə Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini,  Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Nəbizadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri  Assosiasiayalarının əlaqələndiricisi Tofiq Həsənov daxildir.

Litvanın Trakay şəhər meryiyasında keçirilən görüşdə Qazax və Trakay şəhərlərinin qardaşlaşması və əməkdaşlıq əlaqələrinin qurulmaası haqqında müqavilə imzalanıb. Bu barədə Belediyye.infoya  məlumatı Trakay şəhər bələdiyyəsinin üzvü Yelena Yocenene  verib.

Tədbirdə Azərbaycanın Litvadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.

Görüşdə Litva Respublikası tərəfindən Trakay bələdiyyəsinin meri Edita Rudelene, Litva Parlamentinin üzvü Yona Lesis, Trakay şəhər bələdiyyəsinin üzvü, habelə Litva Bələdiyyə Assosiasiyasının energetika komitəsinin üzvü Yelena Yocenene (Jelena Jocioniene), Trakay bələdiyyə adminstrasiyasının başçısı Daryus Kvedaravicus iştirak edib.

Trakay bələdiyyəsinin meri Edita Rudelene çıxışında bu müqavilənin kağız üzərində qalmayacağını, daha real şəkildə kerçəkləşəcəyində maraqlı olduqlarını xüsusiylə qeyd edib.

Trakay şəhər bələdiyyəsinin üzvü Yelena Yocenene  Belediyye.infoya eksklüziv açıqlamasında bildirib ki, görüşdə hər iki nümayəndə heyətinin üzvlərinin çıxışlarından sonra imzalanma mərasimi keçirilib.

Xanım Yelena Yocenenenin sözlərinə görə, Trakay və Qazax rayonları  arasında əməkdaşlıq əlaqələrinin qurulması haqqında nəzərdə tutulan müqavilədə mədəniyyət, turizm və idman sahəsində  təcrübə mübadiləsinin aparılması nəzərə tutulur.

Müqavilədə mədəni kütləvi tədbirlərin birgə keçirilməsi, uşaq və gənclərin təcrübə mübadilələri də nəzərdə tutulur. İki şəhər arasında səfərlərin təşkili, turizm imkanlarının öyrənliməsi və əlaqələrin genişləndirilməsi də planlaşdırılıb.

Azərbaycan nümayəndə heyətinin  Litvaya səfəri davam edir.