Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

Parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir.

Bunlar Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Pasportlar haqqında”, “Telekommunikasiya haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Bələdiyyə üzvlərinin etik davranış qaydası haqqında” qanun layihələri ikinci oxunuşda, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi isə ilk oxunuşda müzakirəyə çıxarılacaq.