Cenevrədə Suriya nizamlanması üzrə danışıqların altıncı mərhələsi başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin başçılıq etdiyi hökumətin nümayəndə heyəti təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüş üçün BMT-nin Cenevrə ofisinə gəlib.

Suriya üzrə danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək.

Günün ikinci yarısında de Misturanın Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsinin nümayəndə heyəti ilə görüş keçirəcəyi planlaşdırılır.