Pablo Pikassonun “Mavi paltarda oturan qadın” rəsm əsəri Nyu-Yorkda hərracda 45 milyon dollara satılıb.

pikasso-azeuro-1

“Report” BBC-yə istinadən xəbər verir ki, rəsmdə Pikassonun sevgililərindən biri – Dora Maar təsvir olunub. Onların münasibəti doqquz il davam edib.

Rəssam əsərini 1939-cu ildə, onun 58 yaşı, sevgilisinin isə 31 yaşı olarkən yaradıb.

Qeyd edək ki, bu, Pikassonun rəssamlıq irsinin ən mühüm əsərlərindən biridir.

“Mavi paltarda oturan qadın” rəsm əsəri artıq bir dəfə satılıb: altı il əvvəl ona görə 26 milyon dollar ödənilib.