Braziliyada keçirilən nümayişdə etirazçılar ölkə prezidenti Mişel Temerin istefasını tələb ediblər.

AzVision.az “Ria-Novosti” agentliyinə istinadla xəbər verir ki, istefa tələbinə səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub.

Prezident Temerin səsi olduğu iddia edilən yazıda o, deputatlar palatasının sabiq rəhbəri Eduard Kunyeyə “Petrobras” neft şirkəti ətrafındakı korrupsiya qalmaqalı işi üzrə susması üçün 630 min dollar verilməsi tapşırığı verir.

Artıq braziliyalı deputat Alessandru Molon parlament rəhbərinə ölkə prezidenti Mişel Temerin impiçmenti ilə bağlı rəsmi sorğu göndərib.