ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.

İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.

İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin  At Tanfadakı mövqelərinə doğru irəliləyib”, – deyə amerikalı hərbi mənbə bildirib.

Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin  dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.