İŞİD terrorçularının Suriyanın Akareb kəndinə hücumu nəticəsində ölənlərin sayı 51-ə çatıb, 100-dən çox mülki şəxs xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçularım hücumu hökumət qüvvələri tərəfindən dəf edilib.

Yaxınlıqda Hələbə aparan magistral yol yerləşdiyindən, qeyd olunan yaşayış məntəqəsinin strateji əhəmiyyət kəsb etdiyi bildirilir.