Slovakiyanın Jyar-nad-Qronom şəhəri yaxınlığında “Tatra-815” markalı yük maşının yoldan çıxaraq çaya düşməsi nəticəsində 16 hərbçi xəsarət alıb, onlardan 4 nəfərinin vəziyyəti ağırdır.

Qəza meşə zolağında, hərbi hissənin ərazisində baş verib. Xəsarət alanlar bir neçə helokopterlə xəstəxanaya çatdırılıblar. Hadisənin səbəblərinin araşdırılması üçün Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb.