Çinin “Su-30” tipli iki qırıcısı Şərqi Çin dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb.

Söhbət nüvə fəaliyyəti izinin aşkarlanması məqsədi ilə atmosferdə müayinə aparan “WC-135 Constant Phoenix” təyyarəsindən gedir. Amerika təyyarəsi Şərqi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında planlı missiyasını yerinə yetirib.

Amerika təyyarəsinin heyət üzvləri Çinin bu hərəkətini “qeyri-peşəkar” adlandırıblar. Amerikalılar, həmçinin beynəlxalq hüququ pozmadıqlarını bəyan ediblər.

Hazırda insident qarşı tərəflə “müvafiq diplomatik kanallar vasitəsi ilə” müzakirə olunur.