Donald Tramp ABŞ Sahil Mühafizəsi Akademiyasının məzuniyyət tədbirində çıxışı zamanı, bildirib ki, o, dünya tarixində ən çox ədalətsizliklə üzləşən ilk siyasətçidir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Prezidentin bu bəyanatını eşidənlərin ağlına ilk olaraq Cənubi Afrika höküməti tərəfindən 27 il həbsə məhkum edilmiş Nelson Mandela gəlib.

Sosial mediada istifadəçilər tarixdə ən çox haqsızlıqla üzləşən siyasətçi və liderin, 27 il məhkum həyatı yaşamış, Nelson Mandelanın olduğunu yazıblar.

Digərləri isə Trampa Con Kennedinin xanımının yanında canlı efir zamanı qətlə yetirilməsini xatırladıblar.

Təbii ki, bu çıxış sosial mediada yeni müzakirə mövzusu və çox saylı zarafatlara səbəb olub.