Almaniyadan sonra Fransa da bu ölkəyə sığınacaq üçün pənah gətirən miqrantlara “yox” deyərək onların deportuna başlayıb. AzEuroNews.com-un məlumatına görə, ilk deport prosesi Fransada Parisin şimalında La-Şapel rayonunda yerləşən miqrantlar üçün lagerdən olub. Belə ki, aralarında azərbaycanlıların da olduğu 1600 nəfər sığınacaq axtaran şəxs deportasiya olunub. Onların deportasiya olunmasında 350 nəfər polis əməkdaşı iştirak edib. Deportasiya olunanların arasında 75 tənha qadın və valideyni bəlli olmayan uşaqlar da olub.

Məlumat üçün bildirək ki, Fransa Almaniya və Hollandiyadan sonra azərbaycanlıların sığınacaq üçün müraciət etdiyi üçüncü ölkədir.