ABŞ-da Azərbaycanla biznes əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunur.

AzVision.az xəbər verir ki, bu barədə məlumat ABŞ – Azərbaycan Ticarət Palatasının “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumata əsasən ABŞ-ın ən böyük 10 şirkətinin nümayəndəsi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla görüşüblər.

Tərəflər biznes əməkdaşlığın sonrakı inkişafının aspektlərini müzakirə ediblər.
“Görüş kifayət qədər məhsuldar keçdi”, – deyə məlumatda bildirilir.