Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib.

“Deutsche Welle” xəbər verir ki, bu barədə ATƏT/DTİHB-nin direktoru Maykl Link “RBB-İnforadio”ya müsahibəsində deyib. O bildirib ki,ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.

M. Link qeyd edib ki, Ankara ATƏT-in təkliflərinə hələ ki cavab verməyib.

Qeyd edək ki, Türkiyə dövləti fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində müvəqqəti olaraq Avropa İnsan Haqları Konvensiyasının icrasını dayandırıb.