Dünyada məşhur və ən çox istifadəçiləri olan “Twitter” sosial şəbəkəsində son günlər müəyyən problemlər yaşanıb.

Şirkətdən bildirilib ki, bu problem barədə xəbərdardılar. Twitter Inc. Şirkətindən bildirilib ki, hazırda yaranan texniki problemlər araşdırılır və qısa zaman ərzində qüsurlar aradan qaldırılacaq.

“İstifadəçilərimizin çoxunda texniki problemlər yaranıb. Bəziləri yaradılmış hesaba daxil ola bilmirlər. Bəziləri isə tvitlər göndərə bilmirlər. Biz bu problmelər barədə xəbərdarıq. Hazırda problmelərin aradan qaldırılması istiqamətində çalışırıq”, – deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. Qısa müddətdə sürətlə məşhurlaşan “Twitter”in, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olub. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olub və “İnternetin SMS-i” kimi tanınıb. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.