Avropa Şurasının maneəsiz Dağlıq Qarabağa müdaxilə vaxtı çatıb.

Axar.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin 127-ci sesiyasında çıxışı zamanı Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixael Rot söyləyib. O, Rusiyanın ucbatından Krım və Donbasda yaranan vəziyyətin Avropada böyük narahatlıq yaratdığını bildirib.

Rot eyni ifadəni Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağla da bağlı səsləndirib.