“Kəlbəcərin yeni futbol komandası yaradılır”. Bu barədə Modern.az-a komandanın yaradıcısı Cəlaləddin Sarıyev məlumat verib.

C.Sarıyevin sözlərinə görə, futbola bağlılığı və həvəsi uşaqlıqdan olub: “Həmişə arzulamışam ki,  doğma vətənimizin adına bir komanda olsun. Hal-hazırda bunu yaratmağa çalışırıq və gərgin məşqlər edirik. Özüm gənc yaşlarımda idman klubunda “Metalruq”, “Zirə” və “Kəpəz” komandasında oynamışam. Bir sıra həvaskar klublarda çıxış etmişəm. Bundan başqa Türkiyənin “Kırk Punarspor” klubunun heyətində də çıxış etmişəm. Məni həmin klubda saxlamaq istəsələr də, ailə vəziyyətim qalmağa imkan vermədi. Azərbaycana qayıtdıqdan sonra qarşıma məqsəd qoymuşam ki, “Kəlbəcər” adlı futbol klubu yaradaraq yüksək meydanlarda yarışlara çıxaq. Komandamızda yüksək potensiallı gənclər vardır. Hazırda gündəlik məşqlər davam edirik”.

C.Sarıyevin sözlərinə görə, hazırda komandanın qeydiyyat üçün sənədləri hazırlanır: “Sənədləri yaxın vaxtlarda qeydiyyat üçün Federasiyaya göndərəcəyik. Əgər komandanı rəsmi qeydiyyata götürsələr, Kəlbəcər gənclərinin oyununu bütün ölkə görəcək”.