2016-cı ildə hərbi konfliktlər və təbii fəlakətlər nəticəsində öz yerlərini tərk edən insanların sayı 31,1 milyon nəfərə çatıb. Modern.az xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurasının hesabatında məlumat verilib.

Qaçqınların 922 min nəfəri Konqo Demokratik Respublikasında baş verən münaqişələrə görə qaçqın düşüb. 2016-cı ilin digər liderləri arasında Suriya (824 min nəfər), İraq (659 min nəfər), Əfqanıstan (653 min nəfər), Nigeriya (501 min nəfər) və Yəmən (478 min nəfər) yer alıb.

Ötən il qaçqın düşən 6,9 milyon insandan 2,6 milyonu Sahara səhrasından cənubda yaşayır.

Təbii fəlakətlərə görə öz yurd-yuvalarından didərgin düşən sakinlərin sayına görə isə Çin (7,4 milyon) ilk pillədədir. Fillipin (5,9 milyon), Hindistan (2,4 milyon) və İndoneziya da (1,2 milyon) bu göstəriciyə görə liderlər arasındadır.