Almaniyada hazırda ən böyük problem uşaqların bağçaya gedə bilməməsidir. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə,  mərkəzi ofisi Kölndə olan Almaniya İqtisadiyyat İnsitutunun hazırladığı hesabata görə, hazırda 300 min uşaq yer olmadığından bağçaya gedə bilmir. Bu isə, öz növbəsində işləyən valideynlər üçün əlavə problemlərin yaranmasına səbəb olub. Düzdür bəzi böyük şirkətlər öz imkanları daxilində uşaqlar üçün xüsusi məkan ayırsa da, bu problemin həlli üçün yetərli olmayıb.

Hazırda federal hökumət bu problemin həlli üçün iş adamlarına müxtəlif güzəştlər təqdim edir. Məsələn, onlardan biri də, uşaq bağçasının tikintisi üçün lazım olan yerin pulsuz verilməsidir. Eyni zamanda dövlət müəyyən datasiyanın ayrılmasını da nəzərdə tutub.