İngiltərə və Uelsdə aparılan yoxlamalar zamanı polis əməkdaşları arasında qanun pozuntusu, saxtakarlıq və rüşvət hallarının sayı son 4 ildə iki dəfə artıb.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Azadlıq İnformasiya Hərəkatı son 4 illik dövrdə polis gözətçilərinin hesabatlarında, polislərin zor tətbiq etməsi və irqi ayrı seçkilik barədə şikayətlərin sayının artaraq 60%-ə çatdığını bildirib.

Müstəqil Polis Şikayətləri Komissiyasının araşdırdığı faktların sayı sürətlə artır. Son 4 ildə İngiltərə və Uelsdə 2,434 polislə bağlı olan rüşvət iddiaları təsdiqlənib.