Almaniyada Sosial Demokrat Partiyasının (SPD) Berlində yerləşən qərargahı boşaldılıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, buna səbəb partiya qərargahında şübhəli bir çantanın olması və ola biləcək terror təhlükəsidir.

Alman “Bild” qəzetinin məlumatına görə, bina SPD-nin iclas keçirildiyi vaxt anidən boşaldılıb. Daha sonra məlum olub ki, binada şübhəli çanta var. Dərhal binadakılar təxliyə olunub. Əraziyə xeyli sayda polis cəlb olunub.