Bu həftə Azərbaycanda “Azerbaijan Fashion Week” moda sərgisi keçiriləcək. Lent.az-ın məlumatına görə, moda həftəsinin ilk günündə, 23 mayda Azərbaycanın tanınmış aktrisaları podiuma çıxacaq. Şou ulduzlarının da iştirak edəcəyi gecədə geyimləri 14 yerli aktrisa nümayiş etdirəcək. Fotoda yer alan xanımlar həmin moda sərgisinə qatılacaq.

Qeyd edək ki, “Azerbaijan Fashion Week” ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlər iştirak edib.