“Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var”.
“AzEuroNews.com” Report-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O status-kvonun dayanıqlı olmadığını vurğulayıb.
“Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir”, – F.Mogerini bildirib.