ABŞ Prezidenti Donald Tramp Mançestrdə baş vermiş terakta görə məyus olduğunu bildirib.

Axar.az BBC-yə istinadən xəbər verir ki, Tramp Fələstinin Beytləhm şəhərində çıxışı zamanı hadisədə həyatını itirmiş insanlara görə kədərləndiyini qeyd edib və teraktı qınayıb.

Qeyd edək ki, bu gecə Mançester şəhərində amerikalı müğənni Arian Qrandenin konserti zamanı partlayış baş vermişdi. Hadisə nəticəsində 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.