Cənubi Koreyalı reper Psayın yeni albomunu hər kəs böyük maraqla gözləyirdi.

AzEuroNews xəbər verir ki, “Gangham Style” adlı mahnısı ilə 4 il bundan əvvəl bütün dünyada müzakirə mövzusu olan və mahnısı dillər əzbəri olan müğənnin yeni mahnısı “”New  Face”, Psayın özünə məxsus rəqsi və gülməli tərzdə olan klipi ilə köhnə hiti xatırladıb.

Asiya qitəsinin ən çox izlənilən müğənnisi olan Psay bildirib ki, yeni mahnısını 1980-ci illərdə ABŞ-da məşhur olmuş “İn Miami” mahnısından ilham alaraq hazırlayıb.

Youtube portalında 10 milyon izləyicisi olan 41 yaşlı müğənni, yeni mahnısının daha çox Koreya tamaşaçılarını düşünərək hazırladığını deyib.