Bu gecə AvroLiqada 2016/2017 mövsümünə yekun vurulacaq.

Modern.az xəbər verir ki, bu gecə final görüşü keçiriləcək. İsveçin paytaxtı Stokholmda yerləşən “Friends Arena”da baş tutacaq həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gələcək.

Saat 22:45-də başlayacaq oyunu “İdman Azərbaycan telekanalı canlı yayımlacaq.

Avroliqa

FİNAL

24 may

22:45 “Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”