Fransada terror aktlarının törədilməsi riski yüksək səviyyədədir. Trend-in məlumatına görə, belə açıqlama ilə Fransanın baş naziri Eduar Filipp çıxış edib.

Baş nazir deyib: “Ölkədə terror hadislərilə bağlı risk hələ də yüksək səviyyədə qalmaqda davam edir”.

Mançesterdə baş vermiş terror hadisəsinə həsr olunmuş Fransa Nazirlər Kabinetinin iclasından sonra o qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün sərhəddə nəzarət gücləndirilməlidir.

Daha öncə isə Fransada elan olunmuş fövqəladə vəziyyətin müddətinin noyabrın 1-ə qədər uzadılması barədə fikirlər səsləndirilib.