Braziliya prezidenti Mişel Temer orduya ölkədə asayişi bərpa etmək əmri verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilir.

Onminlərlə nümayişçi çərşənbə günü iki nazirliyin binasını yandıraraq prezidentin istefasını və onun iqtisadi proqramının dayandırılmasını tələb ediblər.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir nümayişçi yaralanıb.