Braziliya prezidenti Mişel Temer orduya ölkədə asayişi bərpa etmək əmri verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Globo” portalı müdafiə naziri Raul Junqammeyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, ölkə başçısı dövlət əmlakını və insanların təhlükəsizliyini qorumaq üçün belə bir qərar verib.

Nümayişçilər ölkə başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Aksiyalarda  150 mindən çox insanın iştirak etdiyi bildirilib.

Artıq etirazçılar iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin binalarını yandırıblar.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.