“WannaCry” virusundan istifadə etməklə həyata keçirilən genişmiqyaslı haker hücumları nəticəsində dəyən zərər 1 milyard dolları keçib.

İKT.lent.az-ın xəbərinə görə, bu qiymətləndirməni ABŞ-ın kibertəhlükəsizlik üzrə “KnowBe4” şirkəti aparıb.

Ümumilikdə “WannaCry” dünyanın 150 ölkəsində 200 mindən 300 minə qədər kompüteri yoluxdurub. “Virusun 4 gün ərzində vurduğu zərər, bunun nəticəsində dünya üzrə iri təşkilatların işində yaranan fasilələr nəzərə alınarsa, 1 milyard dolları ötüb”, – deyə  “KnowBe4” şirkətinin rəhbəri Styu Syiverman bildirib. Zərərə işin dayanması, məhsuldarlığın azalması, məlumatların itirilməsi, reputasiya zərəri və digər faktorlar daxildir.

Xatırladaq ki, irimiqyaslı haker hücumları mayın 12-də başlayıb. Hakerlər

“WannaCry” virusu vasitəsilə kompüterlərə məlumatları blok edən banner quraşdırıblar. Banner məlumatların bərpası üçün 300-600 dollar tələb edib, əks halda faylları siləcəyi barədə xəbərdarlıq edib