“G-Power” atelyesinin mühəndisləri yeni layihələrini təqdim ediblər.
“Ölkə.Az” xəbər verir ki, “BMW M3” layihəsi “E92” modelinin bazasında yığılıb.
Mühəndislər layihəyə “GT2 S Hurricane” adını veriblər. Modelin əsas özəlliyi V8 obrazlı mühərrikidir. Yenilənmə sayəsində mühərrikin həcmi 4 litrdən 4.5 litrə qədər artırılıb. Eyni zamanda aqreqat 720 at gücü hasil edir. Nəticədə avtomobil yerindən 200 km/saat sürəti cəmi 9.8 saniyəyə əldə edir. Onun maksimal sürəti isə 330 km/saatdır.
Bundan başqa avtomobilin bir sıra detalları karbon lifindən hazırlanıb. 19 düymlük təkər və böyük arxa qanad sıxılma gücünü artırır. Asmalıq və əyləc sistemi təkmilləşdirilib. Salonda təhlükəsizlik karkası, təhlükəsizlik cihazı və idman üslublu oturacaqlar peyda olub.