Sabunçu rayonunda sərxoş şəxs intihara cəhd edib. AzEuroNews.com-un məlumatına görə, Zabrat 1 qəsəbəsi, 1 Oktyabr küçəsi, ev 32 ünvanında 58 yaşlı Kərimov İkrəm Nurbəy oğlu sərxoş vəziyyətdə öz qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib. O, ağır xəsarət alaraq yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. İkrəm Kərimovun özünə hansı səbəbdən xəsarət yetitməsi hələlik bilinmir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.