Bakının Səbail rayonunda avtomobil piyadanı vuraraq öldürüb. AzEuroNews.com-un məlumatına görə, Azərbaycan prospektində, yol kənarında dayanan 52 yaşlı Həsən Vəliyevi minik avtomobili vurub. Qəzadan sonra piyada hadisə yerində ölüb.Qəzanı törədən sürücü artıq   saxlanılıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Əldə etdiyimiz məlumata hörə, Həsən Vəliyev ev alqı-satqısı ofisində makler işləyirmiş.