Braziliyanın şimali-qərbində böyük bir almaz tapılıb.
“Ölkə.Az” xəbər verir ki, uzunluğu 1.3 metr olan zümrüdün çəkisi 272 kiloqramdır. Bildirilir ki, zümrüd Bahia vilayətinin Bahia mədən kooperativinin əməkdaşları tərəfindən tapılıb.
Qeyd edək ki, bu günə qədər tapılan ən böyük zümrüdün çəkisi 292 kiloqram olub və 2001-ci ildə tapılıb. Bu zümrüd 300 milyon dollara satılıb.
Bu dəfə tapılan zümrüd isə 235 milyon dollara satılıb. Alıcının adı açıqlanmasa da, vəkili bildirib ki, zümrüd muzey və kitabxanalarda keçirilən sərgilərdə nümayiş etdiriləcək.