“Taxtların Oyunu” (Game of Thrones) filminin fanatları, yeni yayımlanan treylerdə Dəmir Taxtın üzərində böyük müharibənin başladığını görüb, həyəcandan az qala ağlayıblar.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, filmin yeni treyleri tamaşaçılara yeddi krallığın tarixində baş vermiş ən mühüm hadisəyə nəzər salmaq imkanı verib.

Bütün dünyadan olan fanatları həyəcanlandıran filmin yeni treyleri “Böyük Müharibə buradadır!” ifadəsi ilə başlayır.

Treylerdə kraliça Serseyin dəmir taxtda əyləşdiyi və qardaşı Kinqsleyerə bütün dünyada düşmənlərinin olduğunu, lakin hamıya qalib gələcəklərini dediyi səhnə verilib.

Filmin yeni seriyası  iyulun 17-si Sky Atlantik kanalında yayımlanacaq.