İlk baxışdan bu görüntülər mətbəx verlişini xatırladır, lakin üzü maskalı və əlcək geyinmiş şəxsin zəhərli toxumları əzdiyi və minaatanları cilalaması ilk təəsüratı dəyişir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, gənəgərçək zəhəri ilə bomba hazırlamağın izah olduğu bu görüntülərdə, bu şəxs mümkün olduqca daha çox insanı qətlə yetirməyi hədəfləyir.

Youtube portalında 5,000-dən çox baxış toplamış bu video, The Times-in xəbərdarlığından sonra silinib.

Lakin bu sosial şəbəkələrdə yayımlanmış bomba hazırlamaq videolarından yalnız biridir.

Qeyd edək ki, son 6 ayda Youtube və Facebook sosial şəbəkələrinə çox sayda bomba hazırlanması qaydasına göstərən videolar yüklənib.