Çinin Xalq Siyasi Məsləhət Şurasının Daxili Monqolustan Muxtar Bölgəsi Komitəsi başçısının müavini Çjao Lipin barəsində çıxarılan edam hökmü mayın 26-da səhər saatlarında icra olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, o, 3,4 milyon dollar məbləğində rüşvət almaqda, qəsdən adam öldürməkdə ittiham olunub.

Məhkəmənin qərarı ilə Ç.Lipinə məxsus 291 min dollarlıq əmlak da müsadirə edilib.

Məlumata görə, onun barəsində ölüm hökmü bu il fevralın sonunda Çinin şimalında yerləşən Şansi Əyalət Məhkəməsi tərəfindən çıxarılıb.