Hindistanın Əfqanıstanda oğurlanmış vətəndaşı azad olunub.

Bu barədə Hindistanın xarici işlər naziri Suşma Svaraj məlumat verib.

Nazirin sözlərinə görə, Əfqanıstanda oğurlanan hind vətəndaşı artıq yarım aydır azadlıqdadır.

“Mən məmnuniyyətlə bildirirəm ki, Cudit D Souz azad eilib. Onun xilas edilməsində göstərdiyi kömək və dəstəyə görə Əfqanıstana minnətdarlığımı bildirirəm” – deyə Hindistanın xarici işlər naziri özünün Twitterində yazıb.