ABŞ-ın Kolorado ştatında neft rezervuarında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

İnsident Mid şəhərindəki “Anadarko Petroleum” şirkətinə məxsus neft rezervuarında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.