Amerikanın NASA kosmik agentliyi gələn il Günəşə tədqiqat zondu göndərəcək.
“Ölkə.Az” xəbər verir ki, kosmik gəmi Günəşə rekord məsafə, yəni 6.2 milyon km yaxınlaşacaq.

Ehtimal edilir ki, “Solar Probe Plus” aparatı 2018-ci ilin 31 iyul-19 avqust tarixləri arasında “Delta IV-Heavy” raketdaşıyıcısı ilə Yerdən ayrılacaq. Zond digər kosmik aparatlara nisbətən Günəşə 7 dəfə daha yaxın məsafəyə uçacaq və demək olar ki, alov topuna toxunacaq.

NASA-dan bildiriblər ki, “Solar Probe Plus” missiyası 2018-ci ilin yay ayına planlaşdırılıb. Aparat Günəşin xarici atmosferini tədqiq edəcək və müəyyən müşahidələr aparacaq. Bu müşahidələr alimlərə Günəşin fiziki xarakteristikası haqqında olan suallara cavab verməyə kömək edəcək.

Zondun əsas missiyası 11 gün müddətində planlaşdırılıb.